Azərbaycanda kütləvi dava: yaralılar var
Hadisə
12:34 06 dek, 2021
Faktla bağlı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb
Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Qazet.az “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin “Ay işığı” kafesində qeydə alınıb.
Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədəlov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.
Faktla bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.