Azərbaycanda mədən vergisi üzrə büdcə daxilolmaları 3% artacaq
Gündəm
15:55 08 noy, 2021
Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb
Gələn il Azərbaycanın dövlət büdcəsində mədən vergisi üzrə daxilolmaların 142 milyon manat təşkil edəcəyi gözlənilir.
Qazet.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9% çoxdur.
Mədən vergisi üzrə daxilolmaların 134,6 milyon manatı neft, 7,4 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.