Azərbaycanda media subyektlərinə vergi güzəştləri təklif edilir
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib

“Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb”.
Qazet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir: “Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək”.
Ə. İsmayılov qeyd edib ki, İqtisadiyyat Nazirliyi lə bu yöndə mütəmadi müzakirələr aparılır: “Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”.