Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 12% artırılır
Xəbərlər
21:40 15 sen, 2022
Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin 2 744,4 milyon manat olması nəzərdə tutulub.
Qazet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,8% çoxdur.