Bakı 7˚C Intermittent clouds

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

Gündəm 17:05 18 noy, 2022
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib

Qazet.az xəbərinə görə, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda öz xahişləri ilə qısamüddətli görüşləri telefon danışıqları və videogörüşlərlə əvəz edə bilərlər.