Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib
Cəmiyyət
13:31 13 okt, 2021
Məktəbin direktoru COVID-19-dan dünyasını dəyişib
Azərbaycanda koronavirusa yoluxan məktəb direktoru vəfat edib.
Qazet.az-ın məlumatına görə, Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayev COVID-19-dan dünyasını dəyişib.
O, 20 gün əvvəl virusa yoluxubmuş.
"Mehdi Ağayevin yanaşı xəstəlikləri vardı. Şəkər xəstəliyindən əziyyət çəkirdi. Bundan başqa ürəyinə stend qoyulmuşdu. Ötən axşam vəfat edib", - yaxınları bildirib.
Qeyd edək ki, M.Ağayev 1964-cu ildə anadan olub.