Azərbaycanda mobil operatorların gəlirləri açıqlandı
Cəmiyyət
00:12 20 noy, 2021
Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 810,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Azərbaycanda mobil operatorların bu il ərzində əldə etdiyi gəlirləri açıqlanıb.
Qazet.az xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,6 faiz artaraq 1 milyard 901,6 milyon manat təşkil edib ki, onun da 75,6 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 810,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.