Bakı 18˚C Mostly sunny

Azərbaycanda moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunacaq

Cəmiyyət 14:46 21 sen, 2021

 İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov açıqlayıb

Azərbaycanda moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunacaq

"Moped sürücüləri ilə bağlı qısa zamanda qanunvericilikdə dəyişiklik olacaq".

Bunu Bakı Şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.