Bakı 6˚C Intermittent clouds

Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Cəmiyyət 18:03 16 sen, 2021

"Mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb

Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? -<span style="color:red"> ÜST-dən cavab</span>

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.

Qazet.az-ın xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:

"COVID-19-un "mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".