Bakı 11˚C Cloudy

Azərbaycanda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi 60 %-ə çatıb

Biznes 12:15 16 iyl, 2022

 İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır

Azərbaycanda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi 60 %-ə çatıb

"Bu ilin altı ayında Azərbaycanda müsabiqə əsaslı satınalmaların həcmi 94 %-dən çox artıb".

Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Nazir qeyd edib ki, İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır.

“Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 %-ə çatır”, - deyə o, əlavə edib.