Bakı -3˚C Rain and snow

Azərbaycanda oktyabrda ərzaq bahalaşıb - AÇIQLAMA

Cəmiyyət 16:25 12 noy, 2021

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycanda oktyabrda ərzaq bahalaşıb - <span style="color:red">AÇIQLAMA</span>

Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən isə 110% təşkil edib.

Qazet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayl müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% olub.