Azərbaycanda olan türk hərbçilərlə bağlı yeni xəbər: Noyabrın 9-da...
Gündəm
17:14 07 noy, 2021
Noyabrın 9-da mühüm müzakirə olacaq
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi gələn həftə türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı Prezidentin təklifini müzakirəyə çıxaracaq.
Qazet.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, türk hərbçilərinin Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı müzakirələr noyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.