Azərbaycanda peyk xidmətlərindən istifadə artıb
Gündəm
11:26 01 dek, 2022
2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, “Azərkosmos” ASC yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirib.
Qazet.az-ın məlumatına görə, bunu jurnalistlərə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Onun sözlərinə görə, ümumilikdə 137 layihə elmi təqdimatlara həsr olunub.
"Bu dövlət proqramı sayəsində peyk xidmətlərindən istifadə artıb. Coğrafi informasiya sistemləri sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatlar üçün peyk məlumatlarından istifadənin genişləndirilməsi məqsədilə artıq Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Tədris Mərkəzi fəaliyyətə başlayıb”, - deyə S.Əsədov bildirib.