Bakı 24˚C Sunny

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Gündəm 18:37 20 okt, 2021

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31389 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9257472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4991242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4266230 təşkil edir.