Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb
Gündəm
16:59 02 noy, 2021
Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb
Bugünə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.
Səhiyyə Nazirliyindən Qazet.az-a verilən xəbərə görə, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.