Azərbaycanda polis əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var
Hadisə
13:05 12 noy, 2021
Yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub
Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.
Qazet.az-ın məlumatına görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"a faktı təsdiqləyib.