Bakı 2˚C Dreary

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Gündəm 11:29 07 okt, 2021

Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Azərbaycanda polis polkovnik-leytenantı Maksim Süleyman oğlu Qədirov vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə Oxu.az-a onun ailə yaxınları məlumat verib.

Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən M.Qədirov bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, M. Qədirov 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.

Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.