Bakı 1˚C Showers

Azərbaycanda qanunsuz sahibkarlıqla bağlı yoxlama və nəzarət tədbirləri gücləndirilir

Gündəm 18:25 06 okt, 2021

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda qanunsuz sahibkarlıqla bağlı yoxlama və nəzarət tədbirləri gücləndirilir

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirləri gücləndiriləcək.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihənin qeyd hissəsində bildirilir ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.

Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.