Azərbaycanda qardaş qardaşı bıçaqladı
Gündəm
10:30 30 noy, 2022
Şəmkirin Kür qəsəbəsində 44 yaşlı kişi bıçaqlanıb.
Qazet.az xəbər verir ki, rayon sakini, 1978-ci il təvəllüdlü Anar Babayev mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onu bıçaqlamaqda qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.