Bakı 1˚C Showers

Azərbaycanda şirkət rəhbəri işdən çıxdı

Gündəm 12:24 12 yan, 2023
Azərbaycanda şirkət rəhbəri işdən çıxdı

"Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əliyev işdən çıxıb.

Bu barədə Qazet.az-a şirkətdən bildirilib.

Məlumata görə, onun vəzifəsini müvəqqəti olaraq İH-nin üzvü Tahir Kazımov icra edir. A.Əliyev isə bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri kimi çalışacaq.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.