Bakı 24˚C Mostly sunny

Azərbaycanda şok hadisə - 11 il müəllim işləyən qadın "PATI" çəkirmiş

Gündəm 16:12 19 okt, 2021

Orta məktəb müəlliminin narkotik aludəçisi olduğu üzə çıxıb

Azərbaycanda şok hadisə - <span style="color:red">11 il müəllim işləyən qadın "PATI" çəkirmiş</span>

Azərbaycanda 11 il orta məktəbdə müəllim işləyən qadının narkotik aludəçisi olduğu üzə çıxıb.

Qazet.Az xəbər verir ki, hazırda narkomaniyadan müalicə alan qadın "Xəzər TV"yə açıqlamasında rəfiqələrinin təkidi ilə narkotikə qurşandığını bildirib:


"Uşaqlara dərs deyə bilmirdim. Əllərim əsirdi. 11 il işləmişəm, artıq 6 ildir işləmirəm. Ailənizin qədrini bilin, narkotik maddələrdən uzaq durun.

Rəfiqələrim gətirirdi və görürdüm ki, istifadə edirlər. Hamısı istifadə edirdi, mənə də çox maraqlı gəldi. Əvvəl onlara ağıl verirdim, sonra özüm də istifadə etməyə başladım.
Axır günlər görürdüm ki, canım gedir. 41 yaşım var və çox dəyişilmişəm. İndi görürəm ki, özümə gəlmişəm".