Azərbaycanda son gündə 16 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb
Cəmiyyət
18:23 03 yan, 2023
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Qazet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.