Azərbaycanda son sutkada 52 nəfər koronavirusa yoluxub
Cəmiyyət
18:42 12 noy, 2022
![Azərbaycanda son sutkada 52 nəfər koronavirusa yoluxub](https://qazet.az/resized/fit900x500/center/pages/121675/9042098d-0a89-36e8-b164-4c6a43f72783.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 525 nəfər müalicə olunaraq sağalıb, hazırda 199 aktiv xəstə var. Bu günə qədər 9 961 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 745, bu günə qədər isə ümumilikdə 7 343 007 test icra olunub.