Bakı 19˚C Sunny

Azərbaycanda tələbələr arasında gender nisbəti açıqlanıb

Gündəm 19:10 24 dek, 2021

Bu barədə AQUPDK-nın  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib

Azərbaycanda tələbələr arasında gender nisbəti açıqlanıb

2020-2021-ci tədris ilində bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumi sayı 178109 nəfər olub ki, onlardan da 87765 nəfəri qadın, 90433 nəfəri kişi olub.

Qazet.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib. Həmin tədris ili üçün ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil alan 16150 nəfər tələbənin 8469 nəfərini qadınlar, 7681 nəfərini kişilər təşkil edib.

2020-2021-ci tədris ilində peşə təhsil pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30 faizi keçib. 2018-ci ildə peşə təhsilinə cəlb olunan tələbələrin 26,7 faizini, 2019-cu ildə 29,8 faizini, 2020-ci ildə isə 32,8 faizini qadınlar təşkil edib.