Bakı 10˚C Sunny

Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var (ANBAAN VİDEO)

Gündəm 15:48 21 noy, 2021

Hadisə Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib

Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var (ANBAAN VİDEO)

Göyçayda toy karvanında baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Qazet.az-ın əldə etdiyi məlumata görə,  hadisə şənbə günü, noyabrın 20-si, axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki,  iki minik və bir yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində ölüb.

Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.
Hadisənin dəqiq səbəbləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq.