Azərbaycanda toylara görə 41 nəfər həbs edilib
Hadisə
13:32 23 noy, 2021
İyulun 1-dən polis digər qurumlarla 8 794 monitorinq keçirib
“Xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarına uyğun olaraq, müvafiq dövlət qurumları ilə birgə monitorinqlərin keçirillməsi diqqətdə saxlanılır. Bu dövr ərzində - iyulun 1-dən polis digər qurumlarla 8 794 monitorinq keçirib”.
Qazet.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, şənlik mənasimlərinin təşkli və keçirilməsi qaydalarının pozulmasına görə 35 cinayət işi başlanıb, 41 nəfər inzibati qaydada həbs olunub, 3 299 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.