Bakı 6˚C Intermittent clouds

"Azərbaycanda tütün və alkoqolla bağlı aksizlər dünya ilə müqayisədə aşağıdır" - Samir Şərifov

Biznes 17:30 10 noy, 2021

Samir Şərifov Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağı olduğunu bildirib

"Azərbaycanda tütün və alkoqolla bağlı aksizlər dünya ilə müqayisədə aşağıdır" - <span style="color:red">Samir Şərifov</span>

“Bu gün Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağıdır”.

Qazet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, rüsumların artırıldığı digər istiqamət əcnəbilər üçün oturum sənədlərinin verilməsi, xarici pasportların verilməsi sahəsindədir: “Elə rüsumlar var ki, 2007-ci ildən bu yana onlara baxılmayıb. Hesab edirəm ki, vaxtaşırı buna baxılmalıdır. 2018-ci ildə 28876 maşın idxal olunubsa, 2020-ci ildə 53 mindən çox maşın idxal olunub. 2021-ci ilin 9 ayı ərzində 63 min maşın idxal olunub. Bunun 60 mini minik avtomobilləridir. Yəni maşınların idxalında hər hansı azalma yoxdur. Bunların köhnə və ya təzə maşınlar olması müzakirə mövzusudur. Buna görə də Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanunda və Vergi Məcəlləsində edilən dəyişikliklər büdcə zərfinə daxil olan qanunlardır. Vergi Məcəlləsində növbəti il üçün təklif edilən güzəştlər dövlət büdcəsində vergi daxilolmalarını 50 milyon manat məbləğində azaldacaq. Rüsumlardan dövlət büdcəsinə daxilolmalar artırsa, digər istiqamətdə azalmalar olur".