Bakı 0˚C Dreary

Azərbaycanda uşaqlara hansı müavinətlər verilir?

Gündəm 17:05 22 noy, 2022
Azərbaycanda uşaqlara hansı müavinətlər verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) uşaqlarla bağlı sosial ödənişlərə dair statistikanı açıqlayıb.

Qazet.az xəbər verir ki, sosial müavinətlər 611 min şəxsi əhatə edir və bu ödənişlər üçün illik 650 milyon manat xərclənir. Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.

Hazırda:

18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,

Ailə başçısını itirmiş uşaqlar - 166 min uşaq,

Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar - 160 min uşaq,

İşləyən valideynlər - 3 yaşadək uşaqlara qulluğa görə - 35 min uşaq,

Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 120 min uşaq,

Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. - 30 min uşaq,

18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları - 50 min şəxs üzrə sosial ödənişlər həyata keçirilir.

Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "18 yaşadak alilliyi olan şaxsler: 50 min uşaq Aila başçısını itirmiş uşaqlar: 166 min uşaq UŞAQLARLA BAĞLI SOSIAL ÖDANİŞLAR .ahat olunur: 611 min uşaq Aztaminatlı (ünvanlı yardım alan) ailalardaki uşaqlar: 160 min uşaq illik vasait: 650 mln.m İşlayan valideynler 3yaşadak uşaqlara qulluğa göre: 35 min uşaq Uşağın anadan olmasına göra birdafalik müavinat: 120 min uşaq Şahid ailalarinin, mühariba alaqadar alilliyi olanların, 5-dan ÇOX uşağı olan qadınların uşaqları b.: 30 min uşaq 18 yaşadak alilliyi olan şaxslera qulluq edanlar vอ qayyumlar: 50 min şaxs 10000msosial.gov.az sosial.gov.az fo000 Respublikası S" şəkili ola bilər