Bakı 19˚C Intermittent clouds

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir

Cəmiyyət 22:21 29 okt, 2021

Dəyişikliklə qanunda "vəkil qurumu" anlayışı dəqiqləşdirilir.

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda "vəkil qurumu" anlayışı dəqiqləşdirilir.

Belə ki, təklif olunan dəyişikliklə vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətilərini əlaqələndirən hüquqi şəxsdir.