Bakı 0˚C Cloudy

Azərbaycanda yanğın baş verib

Hadisə 19:11 30 yan, 2022

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Azərbaycanda yanğın baş verib

Cəlilabad rayonunun Qarğılı kəndində ümumi sahəsi 96 m² olan ikimərtəbəli (hər mərtəbəsi 48 m², 2-ci mərtəbəsi taxta və çiy kərpicdən ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.