Bakı 7˚C Hazy sunshine

Azərbaycanda yaşayış binalarında yük boşaltmaq üçün xüsusi normalar qəbul edilib

Cəmiyyət 14:24 13 dek, 2021

Bu, Dövlət şəhərsalma və arxitektura komitəsinin kollegiyasının təsdiq etdiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb

Azərbaycanda yaşayış binalarında yük boşaltmaq üçün xüsusi normalar qəbul edilib

Azərbaycanda həyət tərəfdən girişi olan və yaşayış otaqlarının pəncərələri həyətə açılan yaşayış binalarında yerləşən ictimai təyinatlı obyektlərin həyət tərəfdən müxtəlif yüklərlə yüklənib-boşaldılması yolverilməzdir.

Qazet.az xəbər verir ki, bu, Dövlət şəhərsalma və arxitektura komitəsinin kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, yaşayış binasının hüdudlarında yerləşən ictimai təyinatlı obyektlərin yüklənib - boşaldılması, binanın pəncərələri olmayan yan fasad tərəfindən, yeraltı tunellərdən, xüsusi yükvurma hissəsi olduğu halda magistral küçə tərəfdən aparılmalıdır.

Binanın hüdudlarındakı ictimai təyinatlı obyektin sahəsi 150 m²-dən az olduğu halda yükvurma hissəsinin nəzərdə tutulmamasına yol verilir.