Bakı 16˚C Partly sunny w/ showers

Azərbaycanda yeni ildən manat ucuzlaşacaq? - AÇIQLAMA

Biznes 14:09 16 dek, 2021

Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq

Azərbaycanda yeni ildən manat ucuzlaşacaq? <span style="color:rgb(229, 14, 113)">- AÇIQLAMA</span>

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb. FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.

Qazet.az xəbər verir ki, mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.

Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi? İqtisadçı ekspert Eyyub Kərimli "ARB24"ə açıqlamasında bildirib ki, FES-in uçot dərəcələrini qaldırması manatın məzənnəsinə birbaşa təsir etməyəcək: "Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq".

Ətraflı videomaterialda izləyə bilərsiniz: