Bakı 19˚C Intermittent clouds

Azərbaycanda yeni “Yaşıl yem istehsalı kompleksi” yaradılır

Gündəm 14:21 03 noy, 2021

“Onun keyfiyyətinin yaxşılaşdırılması ilə eyni vaxtda artırılması üçün əlverişli üsuldur”

Azərbaycanda yeni “Yaşıl yem istehsalı kompleksi” yaradılır

Kənd Təsərrüfatı Nazrliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə hidroponika üsulu ilə “Yaşıl yem istehsalı kompleksi” layihəsinin təqdimatı keçirilib.

Bu barədə Qazet.az-a nazirlikdən bildirilib.

Məlumata görə, fermerlər, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimində yem konteyneri və aqro-robot qurğuları nümayiş olunub.

Təqdimat zamanı bildirilib ki, kənd təsərrüfatının heyvandarlıq sahəsində yemə olan tələbatın ödənilməsi məqsədilə bütün növ təsərrüfatlar üçün optimal olan yaşıl yem istehsalı qurğusu yaradılıb. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün (1 kq əkin materialı 5-9 kq yaşıl yem) müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir. Hidroponika üsulu ilə hazırlanan yaşıl yemin tərkibi vitamin və bioloji aktiv maddələrlə zəngin hesab olunur. Təsərrüfatın ölçüsündən asılı olaraq konteynerdən gündəlik minimum 50 kq, maksimum 20 ton yaşıl yem əldə etmək mümkündür. Heyvandarlıqda müstəqil surətdə yetişdirilmiş dənli və paxlalı bitkilərin toxumlarından alınan yaşıl yemin tətbiqinə keçid ət-süd məhsulları istehsalının həcminin, onun keyfiyyətinin yaxşılaşdırılması ilə eyni vaxtda artırılması üçün əlverişli üsuldur.

Avtomatlaşdırılmış hidropon yaşıl yem istehsalı kompleksinin təqdimatından sonra kənd təsərrüfatında suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımının avtomatlaşdırılması kimi funksional imkanları özündə cəmləşdirən aqro-robotlar nümayiş etdirilib. Təqdimatı edilən avadanlıq və qurğuların aqrar sahənin inkişafına verəcəyi töhfədən bəhs olunub. Qeyd edilib ki, yaxın günlərdə mobil konteynerlərin ölkənin bir çox bölgələrində nümayişinin keçirilməsi nəzərdə tutulur.