Azərbaycanda yüksək vəzifəli şəxs TUTULDU
Cəmiyyət
13:09 30 iyn, 2022
Bu barədə ictimaiyyətə açıqlama veriləcək

Sabirabadın baş memarı saxlanılıb.
Qazet.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu tutulub.
O külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.
Qaynaq