Azərbaycanda zəlzələ oldu
Gündəm
09:08 29 noy, 2022
![Azərbaycanda zəlzələ oldu](https://qazet.az/resized/fit900x500/center/pages/126880/zelzele-0.jpg)
Noyabrın 29-da Azərbaycanda zəlzələ qeydə alınıb.
Qazet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.