Azərbaycanda zəlzələ olub
Cəmiyyət
12:45 01 okt, 2021
Quba rayonunda zəlzələ qeydə alınıb
Azərbaycanda zəlzələ olub.
Bu barədə Qazet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:28-də Quba stansiyasından 6 km qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.