Bakı 19˚C Mostly sunny

Azərbaycandan Iğdıra magistral yol çəkiləcək

Gündəm 18:05 29 noy, 2021

Türkiyə dövlət başçısı vurğulayıb Azərbaycandan Iğdıra avtomobil yolu çəkiləcəyini bildirib

Azərbaycandan Iğdıra magistral yol çəkiləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Iğdıra magistral yolun çəkiləcəyini bildirib.

Qazet.az “Anadolu”ya istinadən xəbər verir ki, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq.

“Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”, - Türkiyə dövlət başçısı vurğulayıb.