Bakı 23˚C Windy

Azərbaycandan turist axını 3 dəfədən çox artıb

Biznes 14:24 24 fev, 2022

2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir

Azərbaycandan turist axını 3 dəfədən çox artıb

2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artmışdır. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.