Bakı 31˚C Sunny

Azərbaycanın 10 şəhər və rayonunda “KOB Fest” satış sərgisi keçirəcək

Gündəm 19:40 19 noy, 2021

Tenderlərin nəticələri dekabrın 22-də, saat 11:00-da portalda açıqlanacaq

Azərbaycanın 10 şəhər və rayonunda “KOB Fest” satış sərgisi keçirəcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Zaqatala, İsmayıllı və Bərdədə (1), Gəncə, Lənkəran, Şəmkir və Füzulidə (2), Bakı, Sumqayıt və Qubada (3) “KOB Fest” satış sərgilərinin keçirilməsi ilə bağlı 3 açıq tender elan edib.

Qazet.az xəbər verir ki, hər 3 tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə düekabrın 21-I, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun korporativ xidmətlər departamentinin təchizat şöbəsinin müdiri Nihad Axundovdur. Telefon: (012) 404 04 01.

Tenderlərin nəticələri dekabrın 22-də, saat 11:00-da portalda açıqlanacaq.