Bakı 19˚C Intermittent clouds

Azərbaycanın avtomobil bazarında son vəziyyət: Çin istehsalı maşınlar Rusiyanın yerini tutmağa başlayır?

Biznes 15:12 12 avq, 2022

Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib

Azərbaycanın avtomobil bazarında son vəziyyət: Çin istehsalı maşınlar Rusiyanın yerini tutmağa başlayır?

Avtomobil bazarında Rusiya avtomobillərinin yerini Çin istehsalı olan avtomobillər tutmağa başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya avtomobilləri komfortuna görə, digər ölkələrin istehsal etdiyi avtomobillərə uduzur.

"Lakin Azərbaycanın bölgələrində Rusiya istehsalı olan avtomobillərə hələ də tələbat yüksəkdir. Bölgələrdə Rusiya istehsalı olan avtomobillərə tələbatın yüksək olmasının əsas səbəbləri həmin avtomobillərin təmir məntəqələrinin mövcudluğu və ehtiyyat hissələrinin ucuz olmasıdır".

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb.

"Hazırda Rusiya ixrac üçün avtomobil istehsal etmir və bu ölkənin istehsal etdiyi avtomobillər xarici bazarlardakı mövqeyini itirib. Bunu ölkəmizin avtomobil bazarında da müşahidə etmək olar",- deyə E.Cəfərov bildirib.