Azərbaycanın Baş prokuroru Qazaxıstana səfərə gedib
Siyasət
11:30 23 sen, 2021
Kamran Əliyev Qazaxıstanda rəsmi səfərdədir
![Azərbaycanın Baş prokuroru Qazaxıstana səfərə gedib](https://qazet.az/resized/fit900x500/center/pages/26638/f120742a-f6ec-456b-be59-c5c9c271bceb.jpeg)
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Nur-Sultan şəhərinə səfərə gedib.
Qazet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etməkdir.