Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşüb
Gündəm
23:13 17 okt, 2021
“Qürur hissi!!!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli rayonuna səfər ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib.
Qazet.az xəbər verir ki, paylaşımda deyilir:
“Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!”.