Azərbaycanın futzal yığması Qazaxıstana uduzub
Xəbərlər
07:20 20 sen, 2022
Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Qazet.az-ın məlumatına görə, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.
Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.
Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.