Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir
Gündəm
18:16 16 noy, 2021
"Hazırda döyüş əməliyyatları davam edir"
Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir.
Qazet.az xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, gələn il Azərbaycanın dövlət büdcəsində hərbi sahəyə kifayət qədər vəsait ayrılıb: “Hazırda Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Təklif edirəm ki, hərbi büdcəmiz daha da artırılsın”.