Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub
İdman
10:14 06 noy, 2022
Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.
Federasiyadan Qazet.az-a verilən məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.