Bakı -11˚C Rain and snow

Azərbaycanın məşhur sənətçisinə İrana giriş qadağan edildi - FOTO

Gündəm 13:14 30 okt, 2021

 Mehriban Xanlarovaya İrana giriş qadağan edilib

Azərbaycanın məşhur sənətçisinə İrana giriş qadağan edildi - FOTO

Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovaya İrana giriş qadağan edilib.

Qazet.az xəbər  verir  ki, sənətçi özü olay.az saytına müsahibəsində bunu qeyd edib.

"Qadağam davam edir. Sadəcə bir az dayanmışam, nazirlik dəyişəndən sonra rəsmi olaraq müraciət etməmişəm. Qadağamın əsaslı bir səbəbi yoxdur. İranlılar mənimlə sənətçi olaraq salamlaşırdı, yaxınlaşırdı. Sonra nə olduğunu bilmirəm. Ora həkimə, “check up”a gedirdim, yoxsa, maraqlı nə var ki? İrana getdin, başını bağlayırsan, həyat dayanır. Hətta bir dəfə məni sərhəddən buraxıblar, keçəndən sonra təzədən geri qaytarıblar ki, olmaz.", deyə əməkdar artist bildirib.