Bakı 1˚C Cloudy

"Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik" - XTQ komandanı

Gündəm 13:32 09 noy, 2021

Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi

"Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik" - <span style="color:red">XTQ komandanı</span>

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışıb.

Qazet.az xəbər verir ki, Hikmət Mirzəyev Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmində deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə əsasən Şuşa əməliyyatı planlaşdırılıb.

“Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həlledici rolu və tarixə düşəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə, vaxtında icra etdilər. Şəxsi heyət bununla bağlı inanılmaz və əfsanəvi qəhrəmanlıq ortaya qoydu”, - deyə o bildirib.

Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi:

“Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik”.