Azərbaycanın nefti yenidən ucuzlaşıb
Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 75,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır
![Azərbaycanın nefti yenidən ucuzlaşıb](https://qazet.az/resized/fit900x500/center/pages/43233/5fb44066-b05d-4c87-b40f-cae3f59d2c93.jpeg)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 75,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.
Bu barədə Qazet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.