Bakı 1˚C Cloudy

Azərbaycanın qeyri-neft ixracı yanvar-oktyabrda 42% artıb

Gündəm 12:02 08 noy, 2021

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında deyilir

Azərbaycanın qeyri-neft ixracı yanvar-oktyabrda 42% artıb

Bu ilin ynvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 2,05 mlrd. dollar təşkil edib.

Qazet.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında deyilir.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. dollar və ya 42% artıb. 2021-ci ilin on ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. dollar təşkil edib.

Hesabat dövrü ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln dollar olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 mln. dollar təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 mln. dollar təşkil edib.