Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları keçib
Biznes
14:14 29 okt, 2021
Bu barədə AMB sədri mətbuat konfransında deyib

Azərbaycanını strateji valyuta ehtiyatları cari ilin yanvar-sentyabr aylarında 3,4% və ya 1,7 mlrd. ABŞ dolları artaraq 52,5 mlrd. dollara çatıb.
Qazet.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları AMB-nin rəsmi valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun məcmusudur.